DÜNYA

03 Sentyabr

ABŞ Venesuelanın 15 rəsmisinə qarşı sanksiyalar hazırlayır

ABŞ Maliyyə Nazirliyi, Venesuela prezidenti Nikolas Maduro ilə əlaqəsi olan 15 vətəndaşa qarşı yeni sanksiyalar hazırlayır. Məhdudlaşdırıcı tədbirlər, azad və ədalətli seçkilərə müdaxilə edən şəxslərə yönələcək. Hədəf arasında seçki, kəşfiyyat və məhkəmə məmurları var.

Fins.az-ın məlumatına görə, ABŞ bu həftə yeni məhdudiyyətləri elan edə bilər.

Sentyabrın 2-də ABŞ Dominikan Respublikasında Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb. Venesuela Xarici İşlər Nazirliyi bunu piratlıq kimi qələmə verib.

İyulun 28-də keçirilən prezident seçkilərində, Milli Seçki Şurasının məlumatına görə, vətəndaşların 51,95%-i Maduroya, 43,18%-i isə Edmundo Qonzalesə səs verib. Ali Məhkəmə seçkilərin düzgünlüyünü təsdiqləyib. Müxalifət lideri Mariya Korina Maçado, Qonzalesin məğlubiyyətini etiraf etmədiyini bildirib.

Kaira Agayeva 

Fins.az