BMT-nin məlumatına görə, beynəlxalq humanitar işçilər poliomielit peyvəndinin ilk günündə Qəzza zolağında 87 mindən çox uşağa peyvənd edib. Ümumilikdə ÜST 10 yaşa qədər 640 mindən çox uşağa peyvənd etməyi planlaşdırıb.
Fins.az xəbər verir ki, peyvənd vurma sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat düşərgəsində yerləşən 392 stasionar məntəqədə 2,2 min işçi tərəfindən həyata keçirilib. Anklava ümumilikdə 1,26 milyon vaksin dozası çatdırılıb. ÜST daha 400 min tədarük etməyi planlaşdırır.
İsrail höküməti peyvəndləmə işlərinin aparılmsı üçün humanitar dəhliz və ayrıca təhlükəsiz zonalar yaratmağa razılıq verib.
Qeyd edək ki, cari ilin iyul ayının sonunda Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında poliomielit epidemiyası elan edib. Nazirlik insidentdə İsraili günahlandırıb, çünki yerli sakinlərin şəraiti, o cümlədən içməli suyun olmaması infeksiyanın yayılmasına təsir edib.
Qəzza zolağında ilk təsdiqlənmiş poliomielit hadisəsi on aylıq körpədə olub.
Kaira Agayeva
Fins.az