Finlandiya, Rusiya ilə sərhəddəki hasarın hündürlüyünü yarım metr artıraraq 3,5 metrə çatdıracaq. 2026-cı ilin sonuna qədər Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədində 200 km uzunluğunda yeni istehkam tikəcək. Metal şəbəkə daha sıx olacaq.
Sərhəd Mühafizəsi bu tədbirlərin sərhəd təhlükəsizliyini artıracağını və genişmiqyaslı miqrasiyanı nəzarət altına almağa kömək edəcəyini bildirib. Hasarların, darvazaların və şlaqbaumların konstruksiyaları təkmilləşdiriləcək və texniki monitorinq sistemləri daha funksional olacaq.
200 km uzunluğunda olan bu yeni hasar, Finlandiya-Rusiya sərhədinin təxminən 15%-ini əhatə edir. Hasarın tikintisi üç-dörd il davam edəcək və yüz milyonlarla avroya başa gələcək.
Finlandiya, Ukraynada baş verən hadisələrdən sonra sərhəd hasarını gücləndirməyə qərar verib.
Kaira Agayeva
Fins.az