DÜNYA

03 Sentyabr

Belarus və Rusiya arasında təhlükəsizlik sazişi imzalanacaq

Dekabr ayında Belarus və Rusiya arasında təhlükəsizlik zəmanətləri haqqında saziş imzalanacaq.

Fins.az Belarus Xarici İşlər Naziri Maksim Rıjenkovun sözlərinə istinadən xəbər verir ki, saziş nüvə silahından və adi silahlardan istifadə prinsiplərini müəyyən edəcək.

Bu addım, İttifaq Dövləti haqqında Müqavilənin 25-ci ildönümünə təsadüf edir.

Rıjenkov, Minsk və Moskva arasındakı əlaqələrin rekord səviyyəyə çatdığını da vurğulayıb.

Kaira Agayeva 

Fins.az