DÜNYA

03 Sentyabr

Türkiyə və Shell arasında 10 illik qaz sazişi imzalanıb

Fins.az xəbər verir ki, Türkiyənin BOTAŞ şirkəti ilə Shell arasında 10 il müddətinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün müqavilə imzalanıb.

2027-ci ildən başlayaraq Shell, hər il təxminən 4 milyard kubmetr LNG tədarük edəcək, müqavilə müddətində isə bu rəqəm cəmi 40 milyard kubmetrə çatacaq.

Bu saziş, Türkiyənin qaza olan illik tələbatının bir hissəsini ödəmək üçün regional və qlobal qaz ticarətində yeni imkanlar yaradacaq.

Kaira Agayeva 

Fins.az