DÜNYA

03 Sentyabr

Britaniya İsrailə silah tədarükü lisenziyalarını dayandırır

Britaniya Xarici İşlər Naziri David Lammy, İsrailə verilən 350 silah lisenziyasından 30-nun dayandırıldığını açıqlayıb.

Bu addım, Britaniya silahlarının humanitar qanunları pozaraq istifadə edilməsi riski səbəbindən atılıb.

Fins.az xəbər verir ki, nazir Lammy, İsrailin Britaniya silahlarından humanitar qanunları pozaraq istifadə etdiyinə dair qəti nəticəyə gəlinmədiyini, lakin Qəzza zolağındakı dağıntıların və ölənlərin sayının narahatlıq yaratdığını qeyd edib.

Dayandırılan lisenziyalar hərbi təyyarə, helikopter və dronların komponentlərini əhatə edir.

Kaira Agayeva

Fins.az