Rusiya Prezidenti Vladimir Putin Monqolustanın paytaxtı Ulan-Batora rəsmi səfərə gəlib.
Fins.az xəbər verir ki, Putin burada Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşlər keçirəcək, qlobal və regional məsələləri müzakirə edəcək və bir sıra ikitərəfli sənədlərə imza atacaq.
Səfər zamanı Putin, SSRİ və Monqolustan qoşunlarının yapon qüvvələri üzərində qələbəsinin 85 illiyinə həsr olunmuş tədbirlərə də qatılacaq.
Monqolustandan sonra Putin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda iştirak edəcək.
Kaira Agayeva
Fins.az