DÜNYA

03 Sentyabr

Finlandiya hakimiyyətindən ruslara daha bir qadağa

Finlandiyanın Müdafiə Nazirliyi, rusiyalıların ölkədə daşınmaz əmlak alqı-satqısını qadağan edən qanun layihəsini hazırlayıb.

Fins.az xəbər verir ki, nazir Antti Hakkanen, bu qadağanın Finlandiyanın milli təhlükəsizliyini qorumaq məqsədilə nəzərdə tutulduğunu bildirib.

Layihə, adətən qonşu dövlətlərdən gələn təhdidlərə yönəlib və ilin sonuna qədər parlamentə təqdim olunacaq.

Finlandiyada hazırda ruslara məxsus təxminən 3,500 obyekt var.

Qadağa ikili vətəndaşlıq və ya daimi yaşayış icazəsi olan şəxslərə təsir etməyəcək.

Kaira Agayeva 

Fins.az