DÜNYA

02 Sentyabr

Çin Afrika ilə əməkdaşığa daima hazırdır - ÇXR-nin sədri

Fins.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi ilə görüşü zamanı, Çin hökümətinin Afrika ölkələri ilə əməkdaşlığı dərinləşdirmək və inkişaf etməkdə olan ölkələrin maraqlarını qorumağa hazır olduğunu bildirib.

Si Cinpin, “Çin strateji qarşılıqlı etimadı gücləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək və Çin-Afrika əməkdaşlığını birgə inkişaf etdirmək üçün tarixi fürsətdən istifadə etməyə hazırdır,” - deyib.

Bundan əvvəl, Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbinin Afrika Tədqiqatları Mərkəzinin eksperti Nikita Panin BRİKS-in Afrikadan yeni üzvlərlə geniş əlaqələrin qurulması ehtimalını az sayıb.

Panin qeyd edib ki, BRİKS-in hazırkı tərkibi “yerləşməlidir” və genişlənmənin yalnız iştirakçıların sayını artırmadığını, həm də praktiki dəyər və sinerji gətirdiyini nümayiş etdirməlidir. Növbəti genişlənmə dalğası yalnız bundan sonra müzakirə edilə bilər.

Kaira Agayeva 

Fins.az