Çin bankları, Rusiya Federasiyasından gələn, rus adları göstərilən və kiril əlifbası ilə yazılan ödənişləri qəbul etməkdən imtina etməyə başlayıb.
"İzvestiya"ya danışan “Birinci Qrup” ASC-nin baş direktoru Aleksey Poroşin və “İmpaya Rus” şirkətinin kommersiya direktoru Aleksey Razumovski bu məlumatı təsdiqləyib.
Fins.az xəbər verir ki, belə hallar iyulun ortalarından qeydə alınmağa başlayıb. Çin bankları, Rusiya şirkətləri vasitəsilə həyata keçirilən əməliyyatları sanksiya riski səbəbi ilə rədd edir. Qaydalara görə, bank bu ödənişləri 40 gün saxlayıb sonra alıcıya qaytara bilər.
"Atvira" şirkətinin baş direktoru Ekaterina Kizeviç bildirib ki, Çin bankları Rusiya benefisiarlarından gələn hesablaşmaları “yavaşlatmağa” başlayıb.
Federal Fond isə belə vəziyyətlərin geniş yayılmadığını qeyd edib.
Kaira Agayeva
Fins.az