ABŞ prezidenti Co Bayden bu həftənin sonunda Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı yekun təklifi İsrail və HƏMAS-a təqdim etməyi planlaşdırır. Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan, Qəzzada saxlanılan amerikalı girovların ailələrinə məlumat verib.
Fins.az xəbər verir ki, Bayden sentyabrın 2-də milli təhlükəsizlik komandası ilə görüşərək razılaşmanın strategiyasını müəyyənləşdirəcək. İsrail və HƏMAS-ın ABŞ-ın təklifinə cavab verməsi üçün bir həftə vaxtları olacaq. Təklifə Filadelfiya dəhlizi ilə bağlı planlar da daxildir.
Avqust ayında Dohada atəşkəslə bağlı danışıqlar aparılıb, lakin HƏMAS İsrailin təkliflərini rədd edib. Avqustun 31-də İsrail ordusu Qəzza zolağında girovların cəsədlərini tapıb. Onların arasında rusiyalı Aleksandr Lobanov da var. Bu hadisələr etiraz aksiyalarına və polis toqquşmalarına səbəb olub.
Kaira Agayeva
Fins.az