Polşa bu gün, sentyabrın 2-də səhər saatlarında qırıcı təyyarələrini havaya qaldırıb. Polşanın silahlı qüvvələrinin operativ komandanlığının məlumatına görə, bu qərar Rusiya uzaqmənzilli aviasiyasının fəaliyyətinə cavab olaraq verilib.
Fins.az xəbər verir ki, Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri gördüyünü və vəziyyətə nəzarət etdiyini bildirib.
Xatırladaq ki, Polşa avqustun 26 və 27-də də oxşar səbəblərə görə döyüş təyyarələrini havaya qaldırmışdı. Bu gecə isə Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib, Kiyevdə partlayışlar nəticəsində bir müəssisədə yanğın baş verib.
Kaira Agayeva
Fins.az