DÜNYA

02 Sentyabr

Beynəlxalq Kosmik Stansiyaya gedən kosmonavtların sayı azaldılıb

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən heyətin tərkibində dəyişiklik edib. 

Fins.az xəbər verir ki, sentyabrda stansiyaya əvvəlcə nəzərdə tutulduğu kimi 4 deyil, 2 kosmonavt gedəcək. Onlardan biri ABŞ, digəri isə Rusiya vətəndaşıdır. Digər 2 kosmonavtın uçuşu 2025-ci ilə təxirə salınıb.

NASA bu yolla iyundan Yerə qayıda bilməyən 2 kosmonavtı ABŞ-a gətirmək istəyir.

Kaira Agayeva 

Fins.az