DÜNYA

02 Sentyabr

Xarici banklar Rusiyada filial aça biləcək

Rusiyada xarici banklara filial açmağa icazə verən qanun sentyabrın 1-dən qüvvəyə minib. 

Fins.az xəbər verir ki, indiyədək Rusiya Federasiyasında xarici kredit təşkilatlarının yalnız törəmə bankları və nümayəndəlikləri ola bilərdi. Yeni qanunvericilik normalarına əsasən, xarici bankın filialı hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərəcək.

Xarici bankların filiallarının fəaliyyətinə Rusiya Bankı nəzarət edəcək.

Kaira Agayeva 

Fins.az