Rusiyadan benzin ixracına qoyulan qadağa sentyabr ayından 2024-cü ilin sonuna qədər uzadılıb.
Fins.az xəbər verir ki, bu qərarı Rusiya hökuməti bu qərarı mövsümi tələbatın davam etdiyi və neft emalı zavodlarında planlaşdırılan təmir işləri zamanı yanacaq bazarında sabit vəziyyəti qorumaq məqsədilə qəbul edib.
Bu qadağa hökumətlərarası sazişlər üzrə tədarüklərə, vətəndaşların şəxsi istifadə üçün və beynəlxalq humanitar yardım kimi ixrac etdiyi yanacağa şamil edilmir.
Xatırladaq ki, Rusiya Federasiyası 2024-cü il martın 1-dən yaz və yay aylarında tələbat artımını neytrallaşdırmaq məqsədilə benzinin ixracına altı ay müddətinə müvəqqəti qadağa tətbiq edib. İyun və iyul aylarında məhdudiyyətlər müvəqqəti olaraq qaldırılıb. Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilev bu qərarı yanacaq bazarının tədarüklə doyması ilə əlaqələndirib.
Kaira Agayeva
Fins.az