Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 30-da “Qırğızaltın” ASC-nin ölçülmüş qızıl külçələrinin istehsalı sexinin işə salınması mərasimində iştirak edib.
Fins.az xəbər verir ki, binanın ümumi sahəsi 1500 kvadratmetrdən çoxdur, sexin istehsal gücü isə ayda 14 000 külçəyə qədərdir.
İstehsalda İtaliya və Almaniyanın qabaqcıl texnologiyaları və müasir avadanlıqlarından istifadə edilir ki, bu da müxtəlif formalarda və həcmdə suvenir sikkələrin, medalların, ordenlərin istehsalına imkan verəcək.
Qırğızıstan dövlətinin başçısı istehsal prosesi ilə tanış olub, yeni sexin ölkənin qlobal qiymətli metallar bazarında öz mövqeyini möhkəmləndirməsinə kömək edəcəyinə, eyni zamanda yerli sənayenin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Prezident Japarov bu müəssisənin fəaliyyətə başlamasının Qırğızıstanın iqtisadi inkişafında və yeni iş yerlərinin yaradılmasında mühüm addım olacağını vurğulayıb və sentyabrın 5-dək ölçülmüş qızıl külçələrini almaq istəyən hər kəsə onların satışını təmin etməyi tapşırıb.
Kaira Agayeva
Fins.az