Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bildirib ki, terror şübhəsinə görə Vyanada ləğv olunan Teylor Svift konsertinə hücum etməyi planlaşdıran şübhəlilər tədbirdə çox sayda insanı öldürmək istəyiblər.
Fins.az xəbər verir ki, bu barədə CIA-nın direktor müavini Devid Koen açıqlama verib.
Məlumata görə, ABŞ tərəfinin Avstriya hakimiyyətinə verdiyi kəşfiyyat məlumatları bu planın qarşısını almağa və yüzlərlə insanın həyatını xilas etməyə imkan verib. Koen bildirib ki, konsertdə on minlərlə insanın, o cümlədən çoxlu amerikalının iştirakı planlaşdırılırdı. O, şübhəlilərin planlarının irəliləmiş mərhələdə olduğunu əlavə edib.
Qeyd edək ki, hadisə ilə əlaqədar İŞİD qruplaşmasından ilham aldığı iddia edilən üç yeniyetmə oğlan həbs olunub.
Kaira Agayeva
Fins.az