DÜNYA

30 Avqust

Zelenski Hindistanda sülh sammitinin keçirilməsini təklif edib

Zelenski təklif edib ki, növbəti dünya sammiti Hindistanda keçirilməlidir.

Hindistanın baş naziri Modi isə hələlik bu təkliflə razılaşmayıb. Rusiya əvvəlki sammitdən sonra hazırlanmış ideyaları ultimatum adlandırıb və belə görüşlərdə iştirakdan imtina edib.

Fins.az xəbər verir ki, o, bu təklifi Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı səsləndirib.

Agentliyin məlumatına görə, Zelenski noyabrda görüşün keçirilməsini təklif edib. 

Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna növbəti sammiti qlobal Cənub ölkələrindən birində, xüsusən də Hindistanda keçirmək imkanını nəzərdən keçirir.

Kaira Agayeva

Fins.az