Yaponiyanı vuran “Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, daha 96 nəfər xəsarət alıb.
Fins.az xəbər verir ki, ölkənin mərkəzində yerləşən Ayti prefekturasında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb. Şikoku adasındakı Tokuşima prefekturasının bir sakini isə evin damının çökməsi nəticəsində həyatını itirib.
Bu gün Kyuşu adasında 100 mindən çox ev işıqsız qalıb.
Avqustun 30-na keçən gecə “Şanşan” qasırğası Kyuşu adasını vurub. Təbii fəlakət bölgəsində küləyin sürəti saatda 108 kilometrə çatıb. Son üç gündə Miyazaki prefekturasına təxminən 90 santimetr yağıntı düşüb ki, bu da avqust ayı üzrə orta yağıntıdan 1,5 dəfə çoxdur.
Kaira Agayeva
Fins.az