Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı Ukraynaya kömək etməkdə qərarlıdır, lakin Ukrayna Silahlı Qüvvələrinin təchizatı assosiasiya ölkələrinin ehtiyatlarını tükəndirir. Avqustun sonuna qədər Aİ Ukraynaya 1 milyon mərmi əvəzinə 700 min artilleriya mərmisi çatdırıb.
Fins.az xəbər verir ki, “Ukraynaya nə qədər hərbi vəsait verdiyimizi təsəvvür edə bilməzsiniz. Ehtiyatımız tükənir və onların yerini doldurmalıyıq", - deyə cənab Borrell Aİ müdafiə nazirlərinin görüşündən əvvəl bildirib.
“Heç kim Rusiya ilə döyüşmək istəmir. Biz sadəcə olaraq Ukraynanı dəstəkləyirik”, - deyə o bildirib.
2024-cü ilin mart ayına qədər Aİ Ukraynaya 1 milyon artilleriya sursatı verməyi planlaşdırsa da, planı yerinə yetirə bilməyib.
Kaira Agayeva
Fins.az