Almaniyanın Federal Kansleri Olaf Şoltsun Qazaxıstana gözlənilən səfəri ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq.
Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov Berlində keçirilən Strateji Əməkdaşlıq üzrə Qazaxıstan-Almaniya İşgüzar Şurasının növbəti iclasında bildirib.
"Almaniya Avropa İttifaqında Qazaxıstanın əsas ticarət tərəfdaşıdır. Biz iki ölkənin biznes dairələri arasında əməkdaşlığı daha da gücləndirməliyik", - deyə A.Kuantırov vurğulayıb.
İclasda həmçinin qeyd olunub ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Almaniya və Avropa İttifaqı ölkələrinə yük axını 2022-ci ilin əvvəlindən təxminən üç dəfə artaraq 1,5 milyon tona, bu ilin yeddi ayında isə 2,6 milyon tona çatıb. Eyni zamanda, TMTM-nin potensialı 10 milyon ton yük olaraq qiymətləndirilir. Bu baxımdan Qazaxıstan tərəfi alman tərəfdaşlarını Aktau və Kurık Xəzər dənizi limanlarının inkişafında fəal iştirak etməyə dəvət edib.
Kaira Agayeva
Fins.az