Serbiya prezidenti Aleksandar Vuçiç, Fransadan 12 Rafale qırıcısının alınmasına dair 2,7 milyard avro dəyərində müqavilə imzaladığını açıqlayıb.
Fins.az xəbər verir ki, Vuçiç, Fransa prezidenti Emmanuel Makronla mətbuat konfransında bildirib ki, "Onlarla tamamilə yeni təyyarə Serbiyaya məxsus olacaq. Bu, ordumuzun əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Biz Rafale klubunun bir hissəsi olmaqdan məmnunuq."
Makron, Avropanın güclü və demokratik Serbiyaya ehtiyacı olduğunu vurğulayıb və Belqradın Fransa qırıcılarnı almaq qərarının "iki ölkə arasında uzunmüddətli ittifaqın xeyrinə aydın seçim" olduğunu əlavə edib.
Prezidentlər Rafale təyyarələrinin Serbiyaya nə vaxt xidmətə girəcəyini dəqiqləşdirməyiblər. Aleksandar Vuçiç isə Belqradın bu qırıcı texnologiyasını Moskva ilə paylaşmayacağına dair təminat verib.
Kaira Agayeva
Fins.az