DÜNYA

30 Avqust

Musk, Durovun saxlanmasında ABŞ-dan şübhələnir

Amerikalı iş adamı İlon Mask, Fransada Telegram messencerinin təsisçisi Pavel Durovun saxlanılmasında ABŞ-ın əli ola biləcəyi barədə məlumatdan narahatdır. Bu ehtimalı jurnalist Taker Karlson dilə gətirib.

Fins.az xəbər verir ki, Karlson bu mövzunu Dövlət Departamentinin keçmiş rəsmisi Mayk Bens ilə müsahibəsində qaldırıb. Bens, Fransa hakimiyyətinin Durovu ABŞ administrasiyasının razılığı olmadan saxlamasına inanmaq çətin olduğunu bildirib. 

İlon Mask, Karlsonun X sosial şəbəkəsindəki dərcini "həyəcan verici bir ehtimal" olaraq qiymətləndirib. Pavel Durov avqustun 24-də Parisdə saxlanılıb və ona fırıldaqçılıq və Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməkdə ittiham irəli sürülüb.

Avqustun 28-də o, 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Kaira Agayeva 

Fins.az