Liviyanın milli neft şirkəti NOC, avqustun 26-dan 28-dək ölkədə neft hasilatı və ixracının dayandırılması səbəbindən 120,34 milyon dollar ziyan etdiyini açıqlayıb. Şirkətin hesablamalarına görə, bu üç gün ərzində 1,504 milyon barel neft hasilatı itirilib.
Məlumat NOC-nun Facebook səhifəsində dərc edilib.
Fins.az xəbər verir ki, Liviyada ikili hakimiyyət vəziyyəti mövcuddur; şərqdə Liviya Milli Ordusu, qərbdə isə Milli Birlik Hökuməti fəaliyyət göstərir.
Avqustun 7-də NOC "Əş-Şərəra" yatağında neft hasilatını dayandırdığını elan etmişdi.
Avqustun 26-da isə şərqdəki hökumət bütün yataqlarda fors-major vəziyyəti elan edərək, neft hasilatı və ixracını dayandırıb.
Kaira Agayeva
Fins.az