Okean İnstitutunun rəhbərlik etdiyi okeanoloqlar tərəfindən Sakit Okeanda Çili sahillərindən 1448 kilometr aralıda yerləşən yeni dəniz dağı kəşf edilib. Bu dağ 3109 metr hündürlüyü ilə dünyanın ən hündür binası olan Burj Xəlifədən demək olar ki, dörd dəfə yüksəkdir.
Fins.az xəbər verir ki, Schmidt rəhbərliyi altında tədqiqatçılar R/V Falkor gəmisində 28 günlük ekspedisiya zamanı dağın xəritəsini çəkiblər. Sualtı dağ silsiləsi süngər bağları, qədim mərcanlar və nadir dəniz növlərinə ev sahibliyi edir.
Okeanoqraflar, dünyada hündürlüyü 1000 metrdən çox olan ən azı 100.000 dəniz dağı olduğunu və bu dağların çox sayda dəniz növü üçün mühüm yaşayış mühiti təmin etdiyini qeyd ediblər. Yeni kəşf edilmiş dəniz dağının hündürlüyü Yunanıstandakı Olimp dağından (2917 metr) daha böyük, Yaponiyadakı Fuji dağından (3776 metr) isə kiçikdir.
Kaira Agayeva
Fins.az