DÜNYA

30 Avqust

Böyük Britaniya COP29-da iqlim öhdəliklərini nəzərdən keçirir

Böyük Britaniya hökuməti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransında istixana qazlarının emissiyalarının azaldılması üzrə gələcək öhdəliklərini yenidən nəzərdən keçirir. 

Fins.az xəbər verir ki, bu addımın qlobal emissiyaların azalmasına kömək edəcəyi və digər ölkələri də oxşar addımlar atmağa təşviq edəcəyi gözlənilir. Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Net-Sıfır Emissiyalar üzrə Dövlət Katibi Ed Miliband yeni hədəfi vaxtından əvvəl elan etməyi planlaşdırır. Baş nazir Keir Starmer isə Böyük Britaniyanın iqlim müzakirələrində beynəlxalq liderə çevrilməsini istəyir. 

Keir Starmer Müxalifət Lideri olduğu dövrdə COP28-də iştirak etmiş və noyabrda Azərbaycanda keçiriləcək COP29-a dəvət olunmuşdu.

Kaira Agayeva

Fins.az