DÜNYA

30 Avqust

ABŞ-da dəbdəbəli bunkerlərə tələbat artır

Onların dəyəri 20 min dollardan 1 milyon dollara qədər dəyişir. 

ABŞ vətəndaşları böyük silahlı münaqişələr, yeni pandemiyalar və ya nüvə fəlakətləri zamanı daha çox şəxsi bunkerlər almağa başlayıblar. 

Fins.az xəbər verir ki, bunker istehsalçısı Atlas Survival Shelters-in direktoru Ron Hubbard Fox News-a verdiyi müsahibədə bildirib: 

"Biznesimiz inkişaf edir. Hər yerdə bunkerlər tikirik, qiymətlər 20 min dollardan 1 milyon dollara qədərdir. Bunkerlərimizin əksəriyyətinin qiyməti təxminən yarım milyon dollardır, çünki müştərilərimiz varlı insanlardır. Amerikalılar vətəndaş müharibəsindən qorxurlar."

Hubbard əlavə edib ki, gündə ən azı bir bunker satır: “Bunkerlərimiz içərisində ev atmosferini xatırladır. Mən yüksək səviyyəli müştərilərlə işləyirəm, onlar sadəcə metal qutuda olmaq istəmirlər, elit bomba sığınacaqları arzulayırlar.”

Kaira Agayeva

Fins.az