Fins.az xəbər verir ki, "Şanşan" qasırğası səbəbindən Yaponiyada qurbanların sayı 80-i ötüb, 3 nəfər həyatını itirib.
Kyuşu adasında 130 mindən çox ev işıqsız qalıb.
Qasırğa hava nəqliyyatını da iflic edib; 630-dan çox aviareys ləğv edilib. "All Nippon Airways" və "Japan Airlines" ən çox reysi ləğv edən aviaşirkətlərdir.
Yüksək sürətli Shinkansen qatarlarının bəzi marşrutları da dayandırılıb.
Tayfun hazırda Oita prefekturasında yerləşir və şimal-şərq istiqamətində irəliləyir.
Kaira Agayeva
Fins.az