Hindistan Hərbi Dəniz Qüvvələri ölkə istehsalı olan ikinci “Arihant” nüvə sualtı qayığını silahlanmaya qəbul edib.
Fins.az xəbər verir ki, təslim mərasimi müdafiə naziri Racnath Sinqhin iştirakı ilə Vişakhapatnam limanında keçirilib.
Nazir, “Arihant”ın Hindistanın nüvə triadasını gücləndirəcəyini, regionda strateji tarazlığın və sülhün təmin olunmasına kömək edəcəyini vurğulayıb.
İlk “Arihant” sualtı qayığı 2016-cı ildə istismara verilmişdi.
Kaira Agayeva
Fins.az