DÜNYA

30 Avqust

Pavel Durovun həbsinə order verilib

Telegram-ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb və ona qarşı 6 maddə ilə ittiham irəli sürülüb. Durov 5 milyon avro girov qarşılığında və həftədə iki dəfə polisə xəbər vermək şərti ilə azadlığa buraxılıb.

Fins.az, Reuters-ə istinadən xəbər verir ki, nə Fransa prezidenti Emmanuel Makron, nə də Xarici İşlər Nazirliyi onun həbsindən əvvəl xəbərdar edilməyib. Həbs orderi mart ayında verilib və istintaq bir neçə aydır davam edir.

Kaira Agayeva 

Fins.az