Avqustun 26-da Ukrayna Silahlı Qüvvələri təhvil alınan ilk F-16 qırıcılarından birini itirib.
Fins.az,"The Wall Street Journal"a istinadən xəbər verir ki, təyyarə vurulmayıb, ancaq raket hücumu zamanı qəzaya uğrayıb.
İddiaya görə, qəza pilot səhvi nəticəsində baş verib.
Ukrayna prezidenti Vladimir Zelenski, avqustun 27-də keçirdiyi mətbuat konfransında hücum zamanı F-16-ların bəzi raketləri vurduğunu bildirib, lakin itkilərdən danışmayıb.
Ukrayna Hərbi Hava Qüvvələri isə qəza barədə məlumat verməyib.
Kaira Agayeva
Fins.az