Rusiya prezidenti Vladimir Putin, Yapon qoşunları üzərində qələbənin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək.
Fins.az xəbər verir ki, Putin, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşərək iki ölkə arasındakı münasibətləri müzakirə edəcək. Səfər zamanı beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq, həmçinin ikitərəfli sənədlər imzalanacaq.
Kaira Agayeva
Fins.az