DÜNYA

29 Avqust

Çin Prezidenti ABŞ Milli Təhlükəsizlik müşavirini qəbul edib

Çin prezidenti Si Cinpin Pekində ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanı qəbul edib.

Si, danışıqlar zamanı Vaşinqtonun iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün “düzgün yol” tapacağına ümid etdiyini bildirib. Çin lideri, iki ölkə arasında böyük dəyişikliklər olsa da, Çin-ABŞ münasibətlərinin sabit və davamlı qalacağına dair əminlik ifadə edib.

Fins.az xəbər verir ki, Ceyk Sallivan 2016-cı ildən bəri Pekinə səfər edən ilk ABŞ prezidentinin milli təhlükəsizlik müşaviridir. O, Çinə bu rütbədə sonuncu dəfə Barak Obama administrasiyası dövründə işləmiş Syuzan Rays tərəfindən ziyarət olunub.

Sallivan daha əvvəl Çin Xarici İşlər Nazirliyi rəhbəri Vanq Yi ilə də görüşüb.

Vaşinqton və Pekin arasındakı geosiyasi gərginliklər fonunda Sallivanın üç günlük səfərinin əsas məqsədi iki iqtisadi güc arasında münasibətləri “idarə olunan rəqabət” şəraitində saxlamaqdır.

Görüşdə Tayvan boğazı boyunca sülh və sabitliyin qorunması, Çin-Rusiya müdafiə sənayesi dəstəyi və Filippinin Cənubi Çin dənizindəki qanuni əməliyyatları ilə bağlı narahatlıqlar da müzakirə olunub.

Kaira Agayeva 

Fins.az