DÜNYA

29 Avqust

Dünyanın ilk yeraltı nüvə yanacağı anbarı 2026-da açılacaq

Finlandiya 2026-cı ilə qədər dünyanın ilk yeraltı işlənmiş nüvə yanacağı (SNF) anbarı olan Onkalo-nu istifadəyə verməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə "Posiva" şirkətinin layihənin tikintisinə cavabdeh kommunikasiya şöbəsinin rəhbəri Pasi Tuohimaa CNBC telekanalına açıqlama verib.

“Layihə çərçivəsində təzyiq qurğusu və işlənmiş yanacaq üçün anbar tikirik," - deyə o bildirib.

İşlənmiş yanacağın suya davamlı mis qablara qablaşdırılaraq, 100 min il davam edə biləcəyi 400 metrdən çox dərinlikdə qayada basdırılacağı qeyd olunur.

Kaira Agayeva 

Fins.az