Avropa Komissiyasının İqlim Fəaliyyəti üzrə komissarı Wopke Hoekstra, qarşıdakı həftələr və aylarda COP29-a hazırlıq çərçivəsində texniki və siyasi səviyyələrdə görüşlərin intensivləşəcəyini bildirib.
Fins.az Wopke Hoekstranın Trend-ə eksklüziv müsahibəsinə istinadən xəbər verir ki, o, Azərbaycanın ev sahibliyi edəcəyi bu tədbirin əhəmiyyətindən danışıb. Həmçinin COP29 üçün prioritetlərin və məqsədlərin müzakirə edilməsi üçün səylərin artırıldığını qeyd edib.
O, eyni zamanda, bərpa olunan enerji, iqlim maliyyəsi və beynəlxalq karbon bazarı kimi mövzuların gündəmdə olacağını söyləyib.
COP29 bu ilin noyabrında Bakıda keçiriləcək və bu tədbirə 70-80 minə yaxın xarici qonağın gəlməsi gözlənilir. Bu konfransda nazirlər və liderlər iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bir daha təsdiqləməli və bu istiqamətdə atılacaq addımları müzakirə etməlidirlər.
Kaira Agayeva
Fins.az