Fins.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında ən böyük idxal mənbəyi Rusiyadan olub. Bu dövrdə Rusiyadan idxalın həcmi 25,8 milyard dollar təşkil edib. 2023-cü ilin eyni dövründə Rusiyadan idxal 28,38 milyard dollar idi.
Çin, 25,4 milyard dollar dəyərində mal ixrac edərək Türkiyəyə ən böyük tədarükçülər arasında ikinci yerdə qərarlaşıb.
Türkiyənin 2024-cü ilin ilk 7 ayında ixracatı 148,7 milyard dollar, idxalı isə 198,6 milyard dollar olub. İdxal 8,3% azalıb, ixrac isə 4,1% artıb.
2023-cü ilin sonunda Türkiyənin ixracatı 255,8 milyard dollar, idxalı isə 361,8 milyard dollar olub. Rusiya 45,6 milyard dollar ixrac həcmi ilə Türkiyənin ən böyük tədarükçüsü olaraq qalır.
Kaira Agayeva
Fins.az