Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes, Elon Musk-a 24 saat ərzində X sosial şəbəkəsinin ölkədə yeni qanuni nümayəndəsini təyin etməyi əmr edib. Əks halda, məhkəmə sosial şəbəkəni Braziliyada bloklamaqla hədələyir.
Fins.az xəbər verir ki, X avqustun 17-də Braziliyadakı ofisini bağladığını elan etmişdi. Şirkət, hakim Moraes tərəfindən senzura məhdudiyyətlərinə əməl edilməzsə, nümayəndələrdən birini həbs etməklə hədələndiyini iddia edir.
Şirkət, sosial şəbəkənin Braziliya sakinləri üçün əlçatan qalacağını vurğulayıb və hakimin tələblərini söz azadlığının pozulması kimi dəyərləndirib.
Elon Musk daha əvvəl Braziliyada hesabların bloklanması ilə bağlı məhkəmə qərarlarını söz azadlığının pozulması səbəbindən yerinə yetirməkdən imtina etdiyini bildirmişdi.
Kaira Agayeva
Fins.az