Avqustun 28-də İspaniyanın Bunol şəhərində illik Tomatina festivalı keçirilib.
Fins.az xəbər verir ki, tədbir iştirakçıları ənənəvi olaraq bir-birinə pomidor atıblar.
Pomidor döyüşü ənənəsi 1945-ci ildə Buñolda bazarda küçə davası nəticəsində yaranıb və bu zaman yerli əhalinin bir-birinə tərəvəz atmağa başlayıb.
İspaniyada Fransisko Frankonun hakimiyyəti dövründə heç bir dini əhəmiyyət kəsb etmədiyi üçün bayram bir neçə dəfə qadağan edilsə də, zaman keçdikcə ölkədə ən məşhur festivallardan birinə çevrilib.
Festival ənənəvi olaraq hər il avqustun son çərşənbə günü şəhərin himayədarı Sent Lui Bertrand və Şəfaətçi Xanımın şərəfinə keçirilir.
Kaira Agayeva
Fins.az