DÜNYA

29 Avqust

Vəkil Durova qarşı ittihamları absurd adlandırıb

Telegram-ın həmtəsisçisi Pavel Durovun müdafiəsi ona qarşı irəli sürülən ittihamları absurd adlandırıb.

Müdafiə tərəfinin bəyanatı müstəntiq hakiminin cənab Durova qarşı 6 maddə, o cümlədən səlahiyyətli orqanların sorğusu əsasında messencerin məlumat verməkdən imtina etməsi ilə bağlı ittiham irəli sürməsindən bir neçə saat sonraya təsadüf edib.

Fins.az xəbər verir ki, "Sosial şəbəkənin rəhbərinin mesajlaşma xidmətindən istifadə edərək törədilən cinayət əməllərində əli ola biləcəyinə inanmaq tamamilə absurddur" deyə vəkil David-Olivier Kaminsky AFP-yə istinadən bildirib. Hüquqşünas vurğulayıb ki, messencer hər cəhətdən rəqəmsal texnologiyalarla bağlı Avropa qanunlarına uyğundur.
 

Kaira Agayeva 

Fins.az