Yaponiyanın ən böyük aviaşirkətləri "Şanşan" tayfununun yaxınlaşması ilə əlaqədar olaraq, cənub-qərbdə yerləşən Kyuşu adasına uçuşları ləğv edib. Tədbirlər Kyuşu adasındakı hava limanlarına təsir edəcək. Ölkənin dəmir yolu şirkətləri də mümkün ləğvlərə dair xəbərdarlıq yayıb.
Fins.az xəbər verir ki, sinoptiklər tayfunun şimal istiqamətində hərəkət etdiyini və Kyushu adasının qərbində yerləşdiyini bildirir. Tayfunun təsirindən bəzi bölgələrdə gündə 400-600 mm yağıntı və 50-70 m/s sürətli küləklər gözlənilir. Təbii fəlakətlərin idarə olunması naziri Yosifumi Matsumura, güclü küləklər və tufan dalğaları ilə bağlı xəbərdarlıq edib. Miyazaki şəhəri də daxil olmaqla, bəzi prefekturalarda evakuasiya əmrləri verilib, bu ərazidə 400 minə yaxın insan yaşayır.
Kaira Agayeva
Fins.az