DÜNYA

29 Avqust

Türkiyədə siyasi partiyaların sayı 151-ə çatıb

Türkiyədə rəsmi qeydiyyatdan keçmiş partiyaların sayı 151-ə çatıb. 

Fins.az xəbər verir ki, qeydiyyatla bağlı ölkənin Ali Məhkəməsinə müraciət edən partiyalardan sonuncusu, avqustun 21-də qeydiyyatdan keçmiş Respublika Maarifçilik Partiyası olub. 

Üstəlik, təkcə cari ayın əvvəlindən Türkiyədə dörd siyasi təşkilat yaradılıb. Ölkə parlamentində isə yalnız 14 partiya təmsil olunub.

Kaira Agayeva 

Fins.az