ABŞ Maliyyə Nazirliyi rusiyalı sahibkar, Sovcombank-ın keçmiş prezidenti İlya Brodski istisna olmaqla, Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Sanksiyaların aradan qaldırılmasının səbəbləri açıqlanmır.
İlya Brodskiyə və Sovcombank-ın idarə heyətinin daha 16 üzvünə qarşı sanksiyalar 2022-ci ilin martında tətbiq edilib.
Fins.az xəbər verir ki, Kredit təşkilatının özü 2022-ci ilin fevralından Amerikanın sanksiyaları altındadır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, cənab Brodskinin Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığı da var.
Kaira Agayeva
Fins.az