DÜNYA

28 Avqust

Fransalı sağçılar Makronla danışıqlardan məyusdurlar

Fransa parlamentindəki sağ təmayüllü müxalifət nümayəndələri prezident Emmanuel Makronla baş nazir postuna namizədlə bağlı aparılan danışıqların nəticələrindən məyus olduqlarını bildiriblər.

Fins.az xəbər verir ki, bunu “Sağ təmayüllü respublikaçılar” fraksiyasının rəhbəri Loran Vokye BFMTV telekanalının efirində deyib.

"Prezidentlə söhbət, təəssüf ki, bizi məyus etdi. Biz heç bir yeni təklif, heç bir real layihə görmədik", – o əlavə edib.

Makron avqustun 26-da solçu "Yeni Xalq Cəbhəsi" alyansının hökumətin formalaşdırılması və Lüsi Kastenin baş nazir postuna namizədliyi ilə bağlı təkliflərini rədd edib.

Parlamentin kuluarlarında hökumətin formalaşdırılması prosesinin uzanmasının 2025-ci il büdcəsinin hazırlanmasına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar ifadə edilir. Büdcə oktyabrın 1-nə qədər parlamentə təqdim edilməlidir.

Kaira Agayeva 

Fins.az