DÜNYA

28 Avqust

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Böyük Britaniyanın Baş naziri Keir Starmer Böyük Britaniya-Aİ münasibətlərini bərpa etmək məqsədilə Berlinə səfər edib. 

Fins.az xəbər verir ki, bu gün o, Almaniya Kansleri Olaf Şolts ilə görüşüb. Liderlərin Ukraynaya dəstək, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və qeyri-qanuni miqrasiya ilə bağlı birgə tədbirlərin artırılmasını müzakirə edəcəyi gözlənilir. Keir Starmer Olaf Şoltsdan əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşüb. 

Keir Starmer daha sonra Paralimpiya Oyunlarının açılış mərasimində iştirak üçün Fransaya səfər edəcək. Onun Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

Kaira Agayeva 

Fins.az