Çinin xarici işlər naziri Vanq Yi, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşdə, Vaşinqtonun Ukrayna münaqişəsinin məsuliyyətini Pekin üzərinə atmamalı olduğunu vurğulayıb.
Fins.az xəbər verir ki, Vanq Yi əlavə edib ki, ABŞ qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməməlidir və Çin münaqişənin sülh yolu ilə həllinə kömək etməyə davam edəcək.
"The New York Times"ın məlumatına görə, Sallivanın Çini Rusiyaya dəstəyi azaltmağa inandırma cəhdləri müvəffəqiyyətli olmaya bilər, çünki iki ölkə birgə Vaşinqtona qarşı durur.
Kaira Agayeva
Fins.az