DÜNYA

28 Avqust

Peskov: Modi sülh danışıqları üçün Moskvaya təklif göndərməyib

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə Hindistanın Baş naziri Narendra Modinin Rusiya və Ukrayna arasında sülh danışıqları üçün Moskvaya hər hansı təklif göndərmədiyini bildirib.

Fins.az xəbər verir ki, Peskov, avqustun 27-də Putinlə Modi arasındakı telefon danışığı zamanı Ukraynadakı sülh təşəbbüslərinin müzakirə edilmədiyini vurğulayıb.

Kreml nümayəndəsi əlavə edib ki, Hindistan münaqişənin siyasi və diplomatik yollarla həllini dəstəkləyir.

Peskov qeyd edib ki, Hindistanın sülh mövqeyi Rusiyanın baxışı ilə üst-üstə düşür, lakin hazırda sülh danışıqları üçün heç bir ilkin şərtin olmadığını açıq şəkildə görmək mümkündür.

Kaira Agayeva 

Fins.az