Kazanda keçiriləcək BRICS sammiti öncəsi təşkil olunacaq caz festivalı dünyanın müxtəlif ölkələrindən 200-dən çox musiqiçini bir araya gətirəcək.
Fins.az xəbər verir ki, Festivalda Rusiya, Türkiyə, Çin, Hindistan, Braziliya, İran və digər ölkələrin musiqiçiləri iştirak edəcək. Avqustun 28-30-da baş tutacaq tədbirdə şəhər genişmiqyaslı konsert məkanına çevriləcək. Festivalda caz filmləri nümayiş etdiriləcək və musiqi paradı keçiriləcək. Tədbir BRICS-in XVI sammiti ərəfəsində və Rusiya Xarici İşlər Nazirliyinin planı çərçivəsində baş tutacaq.
Kaira Agayeva
Fins.az