Səudiyyə Ərəbistanı 14-16 yanvar 2025-ci il tarixlərində “Gələcəyin Minerallar Forumu”nun dördüncü buraxılışına ev sahibliyi edəcək. Ər-Riyadda keçiriləcək tədbirin məqsədi mineral hasil edən ölkələr arasında əməkdaşlığı genişləndirmək və davamlı təchizat zənciri yaratmaqdır.
Fins.az xəbər verir ki, Forumda hökumətlər, mədən şirkətləri və maliyyə institutları da daxil olmaqla, müxtəlif maraqlı tərəflər iştirak edəcək. Tədbirdə 100 ölkədən nümayəndələr və 40 beynəlxalq təşkilatın iştirakı gözlənilir.
Kaira Agayeva
Fins.az