İspan rəssamı Salvador Dalinin (1904-1989) təxminən yarım əsrdir Londonun mərkəzindəki qarajda saxlanılan litoqrafiyaları Britaniyanın "Hansons" hərrac evində satışa çıxarılıb. Trend-in "The Times"a istinadən verdiyi məlumata görə, bu əsərlər Roma şairi Ovidin "Sevgi elmi" əsəri üçün illüstrasiyalardır və qədim yunan miflərinin qəhrəmanlarını əks etdirir.
Fins.az xəbər verir ki, bu litoqrafiyalar 1970-ci illərdə Dali tərəfindən yaradılıb. Onlar sentyabrın 30-da hərracın sonunda təqdim olunacaqlar. "Hansons" şirkətinin direktoru Chris Kirkham deyib ki, o, müştərilərindən birinin evini ziyarət edərkən təsadüfən əsəri kəşf edib.
"Siz adi bir ev ziyarətində nə kəşf edəcəyinizi heç vaxt bilmirsiniz. Alıcı 1970-ci illərdə Londonun mərkəzi qalereyasında şəxsi satışda çərçivəsiz litoqraflara görə 500 funt sterlinq ödəyib. O, onları Berklidəki evinin çərçivəsinə salmaq üçün alıb", - Kerkem qeyd edib.
Dali 1904-cü il mayın 11-də anadan olub. Sürrealizmin ən məşhur nümayəndələrindən biri hesab olunur. Yaradıcılıq fəaliyyəti dövründə yüzlərlə sənət əsəri yaradıb. Rəssam 23 yanvar 1989-cu ildə Fiqeres şəhərində vəfat edib. Onun qalıqları Figueresdəki Dali Teatr-Muzeyində saxlanılır.
Kaira Agayeva
Fins.az