DÜNYA

28 Avqust

Fransa Prezidenti Makron Pavel Durovu Parisə dəvət edib

Fransa Prezidenti Emmanuel Makron 2018-ci ildə Telegram-ın yaradıcısı Pavel Durovu nahara dəvət edərək, şirkətin baş ofisini Parisə köçürməyi təklif edib.

The Wall Street Journal-ın (WSJ) məlumatına görə, Durov bu təklifi rədd edib. İddialara görə, Fransa prezidenti ona  vətəndaşlıq da vermək fikrində olub və iş adamı nəhayət 2021-ci ildə bu vətəndaşlığı alıb.

Fins.az xəbər verir ki, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı Pavel Durovun iPhone-unu sındırıblar. Casus əməliyyatının kod adının “Purple Music” olduğu iddia edilir. Qəzet iddia edir ki, Fransa təhlükəsizlik rəsmiləri İslam Dövlətinin yaraqlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün Telegramdan istifadə etməsindən narahatdırlar.

Pavel Durov avqustun 24-də Parisə gələrkən saxlanılıb. Onun işi 12 cinayətə, o cümlədən dələduzluqda iştirak və uşaq pornoqrafiyasının yayılmasına aiddir.

Fransa prezidenti israr edir ki, “bu, heç bir halda siyasi qərar deyil”.

Telegram-ın mətbuat xidmətindən bildirilib ki, messencer Avropa qanunlarına, məzmunun moderasiyası qaydaları isə sənaye standartlarına uyğundur.

Kaira Agayeva 

Fins.az